İcma: "Aİ-ni Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan çəkinməyə çağırırıq"
Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının Fransanın Strasburq şəhərində keçirilən qış sessiyasında Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviçi ifşa edib. Miyatoviç Ermənistanda Azərbaycandan köçmüş ermənilərlə, Azərbaycanda isə Ermənistandan köçmüş ermənilərlə görüşsə də hesabatını müstəsna olaraq ermənilərə həsr edib və bir kəlmə də olsun azərbaycanlılardan bəhs etməyib. Bütün bunlar Avropa Şurasının necə miskin durumda olduğunu göstərir. Avropa İnsan Hüquqları Konvensiyası başda olmaqla insan hüquqları mexanizmlərindən mənfur məqsədlər üçün necə sui-istifadə edildiyini bariz nümunəsidir.
url:
http://www.kepezfm.az/xeberler/icma-ai-ni-az%C9%99rbaycana-qar%C5%9F%C4%B1-%C9%99dal%C9%99tsiz-v%C9%99-ittihamedici-ritorikadan-%C3%A7%C9%99kinm%C9%99y%C9%99-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1r%C4%B1q-0