İcma: "Marukyan kimi “diplomatlar”ın Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətinə son qoyulmalıdır"
Sovet dövründə bolşevik Şaumyana görə adı dəyişdirilmiş şəhərin yenidən qanuni şəkildə Xankəndi adlandırılmasına irad tutmağa çalışan Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyan öz ölkəsinin ərazisində ədalətsizcəsinə dəyişdirilmiş yüzlərlə Azərbaycan toponiminin bərpası haqqında danışmalıdır. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb. "Ermənistandan qovulmuş azərbaycanlıların dinc şəkildə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıdacaqlarına inanırıq.", - deyə icmanın bəyanatında qeyd edilib.
url:
http://www.kepezfm.az/xeberler/icma-marukyan-kimi-%E2%80%9Cdiplomatlar%E2%80%9D%C4%B1n-az%C9%99rbaycan%C4%B1n-suverenliyini-t%C9%99hdid-ed%C9%99n-f%C9%99aliyy%C9%99tin%C9%99-son