İdarə: "Samuxda direktor müəllimə qarşı hər hansı güc tətbiq etməyib"
Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi döyməsinə dair yayılan məlumatlara Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən münasibət bildirilib. Araşdırma zamanı məlum olub ki, direktor müəllimə qarşı güc tətbiq etməyib, ondan şəxsiyyət vəsiqəsini istəyib və müəllim imtina etdikdən sonra mübahisə baş verib. Belə olduqda isə direktor sinif otağını tərk edib. Məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/idar%C9%99-samuxda-direktor-m%C3%BC%C9%99llim%C9%99-qar%C5%9F%C4%B1-h%C9%99r-hans%C4%B1-g%C3%BCc-t%C9%99tbiq-etm%C9%99yib