IDEA Tovuz və Goranboyda kütləvi ağacəkmə aksiyası təşkil edib
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl marafon” kampaniyası çərçivəsində Tovuz və Goranboy rayonlarında növbəti ağacəkmə aksiyaları təşkil olunub.IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə ümumilikdə 2000-dən artıq ağac əkilib.IDEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl marafon”un məqsədi yaşıllıq sahələrinin artırılması, biomüxtəlifliyin qorunması və ətraf mühitlə bağlı maarifləndirmənin gücləndirilməsidir.
url:
http://kepezfm.az/xeberler/idea-tovuz-v%C9%99-goranboyda-k%C3%BCtl%C9%99vi-a%C4%9Fac%C9%99km%C9%99-aksiyas%C4%B1-t%C9%99%C5%9Fkil-edib

