İdmançımız Avropada ilin ən yaxşı gimnastı seçilib
Azərbaycan tamblinqçisi Mixail Malkin Avropada ilin gimnastı adına layiq görülüb. İdmançı 226 min 339 səslə bütün rəqiblərini qabaqlayıb. O, səslərin 52 faizini toplayıb. İlin məşqçisi isə digər həmyerlimiz Adil Hüseynzadə seçilib.
url:
http://www.kepezfm.az/xeberler/idman%C3%A7%C4%B1m%C4%B1z-avropada-ilin-%C9%99n-yax%C5%9F%C4%B1-gimnast%C4%B1-se%C3%A7ilib