III Beynəlxalq Xankəndi Ultramarafonu başlayıb
III Beynəlxalq Xankəndi Ultramarafonu Qəbələdən start götürüb.Yarışda 5 ölkədən 100 atlet iştirak edir. İştirakçılar 192 kilometrlik məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.Marşrut 4 mərhələdən ibarətdir: Qəbələ-Ağdaş, Ağdaş-Bərdə, Bərdə-Ağdam və Ağdam-Xankəndi.Yarışın məqsədi sağlam həyat tərzini və qaçış idmanını təbliğ etmək, həmçinin Azərbaycanın müxtəlif bölgələrini idman vasitəsilə tanıtmaqdır.
url:
http://kepezfm.az/xeberler/iii-beyn%C9%99lxalq-xank%C9%99ndi-ultramarafonu-ba%C5%9Flay%C4%B1b

