İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian 2026” sərgisinin iştirakçılarına müraciət edib.“ADEX” ildən-ilə genişlənərək regionun ən mötəbər müdafiə sənayesi platformalarından birinə çevrilib. Sərgidə müasir silah sistemləri, hərbi texnika, yeni texnologiyalar və innovativ həllər nümayiş etdirilir, əməkdaşlıq imkanları müzakirə olunur. İlham Əliyev qeyd edib ki, müdafiə sənayesinin inkişafı və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir. Yerli müdafiə sənayesi müəssisələrinin istehsal imkanlarının genişləndiyini, Azərbaycan məhsullarının beynəlxalq bazarlarda da maraq doğurduğunu vurğulayıb.Prezident “ADEX” ilə paralel keçirilən “Securex Caspian” sərgisinin də təhlükəsizlik, mühafizə və xilasetmə sahələrində qabaqcıl texnologiyaların nümayişi baxımından əhəmiyyətli olduğunu bildirib. O, hər iki sərginin yeni işgüzar əlaqələrin qurulmasına və hərbi-texniki tərəfdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

url: 
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-adex-2026n%C4%B1n-i%C5%9Ftirak%C3%A7%C4%B1lar%C4%B1na-m%C3%BCraci%C9%99t-%C3%BCnvanlay%C4%B1b
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik