İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında iştirak edən nümayəndə heyətini qəbul edib.Görüşdə Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen çıxışın onlarda dərin təəssürat yaratdığını bildirib və Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.Dövlət başçısı isə Avropa İttifaqı ilə enerji və bağlılıq sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı siyasi iradənin mövcud olduğunu qeyd edib.Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və qaz, eləcə də yaşıl enerji sahəsində perspektivlər müzakirə olunub.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-avropa-komissiyas%C4%B1n%C4%B1n-enerji-v%C9%99-m%C9%99nzil-siyas%C9%99ti-%C3%BCzr%C9%99-komissar%C4%B1n%C4%B1-q%C9%99bul-edib

