Prezident İlham Əliyev Bişkekdə İran Prezidenti Məsud Pezeşkianla görüşüb.İlham Əliyev İranın üzləşdiyi vəziyyətdə Azərbaycanın göstərdiyi yardımı qardaşlıq nümunəsi kimi qiymətləndirib. Dövlət başçısı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.Məsud Pezeşkian isə Azərbaycan tərəfindən göstərilən dəstəyə və humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib.Liderlər Azərbaycan-İran əlaqələrinin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə ediblər.Görüş zamanı maraqlı an da yaşanıb. Prezident İlham Əliyev iranlı həmkarına Azərbaycandan gətirdiyi “İstisu” mineral suyunun dadına baxmağı təklif edib.İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə də görüşərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.Bu gün isə İlham Əliyev Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

