İlham Əliyev Bişkekdə liderlərlə görüşüb
Qırğızıstanın paytaxtı Bişkekdə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Liderlər Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını vurğulayıblar. İki ölkənin “Bir millət, iki dövlət” prinsipi ilə həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğunu deyiblər.Tərəflər regional sülh və sabitliyin möhkəmləndirilməsi, müttəfiqlik əlaqələrinin perspektivləri barəsində danışıblar.İlham Əliyev həmçinin Hindistanın Baş naziri Narenda Modi ilə görüşüb. Rəsmilər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-bi%C5%9Fkekd%C9%99-liderl%C9%99rl%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb

