İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyev BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edib. Dövlət başçısı WUF 13-ün uğurla təşkil olunduğu bildirərək tədbirin keçirilməsinə dəstəyə görə BMT-yə təşəkkür edib və Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığının davam edəcəyini deyib. Amina Mohammed isə forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, Bakıda tarixi irslə müasir şəhərsalmanın uğurla birləşdirildiyini qeyd edib. Görüşdə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, həmçinin Azərbaycanın “ASAN xidmət” təcrübəsinin digər ölkələrdə tətbiqi də müzakirə olunub.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-bmt-ba%C5%9F-katibinin-m%C3%BCavinini-q%C9%99bul-edib

