İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib.Prezident müraciətində qurumun dayanıqlı inkişaf, regional əməkdaşlıq və ticarətin genişlənməsində mühüm rol oynadığını vurğulayıb.İlham Əliyev bildirib ki, artan geosiyasi gərginliklər fonunda beynəlxalq sülh və təhlükəsizlik daha da həssas xarakter alıb və Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqdir. Azərbaycan öz suverenliyini tam bərpa edib və Ermənistanla sülh gündəliyi üzrə irəliləyiş əldə olunub, artıq tərəflər arasında ticarət əlaqələri başlayıb.Prezident azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparıldığını, Böyük Qayıdış proqramı çərçivəsində 80 mindən çox insanın doğma yurdlarına qayıtdığını diqqətə çatdırıb.
Eyni zamanda mina probleminin ciddi təhlükə olaraq qaldığını bildirib.Dövlət başçısı Azərbaycanın son illərdə iqtisadi inkişaf etdiyini, yoxsulluq səviyyəsinin 5 faizə qədər azaldığını və ölkənin əsas nəqliyyat və enerji qovşaqlarından birinə çevrildiyini qeyd edib.Sonda sessiya iştirakçılarını Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməyə dəvət edib.

url: 
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-bmt-komissiyas%C4%B1n%C4%B1n-82-ci-sessiyas%C4%B1n%C4%B1n-i%C5%9Ftirak%C3%A7%C4%B1lar%C4%B1na-m%C3%BCraci%C9%99t-edib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik