İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Dublində Moldova Prezidenti Maya Sandu ilə görüşüb. Görüş “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində baş tutub. Maya Sandu enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Görüşdə, həmçinin iqtisadi-ticari əlaqələrin inkişafı, kənd təsərrüfatı sahəsində əməkdaşlıq və gələcək münasibətlərin perspektivləri müzakirə olunub. Qeyd edək ki, Dublində Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir. Prezident İlham Əliyev tədbirdə iştirak edir.

url: 
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-dublind%C9%99-moldova-prezidenti-il%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik