İlham Əliyev Keniya və Laosun yeni səfirlərini qəbul edib
Prezident İlham Əliyev Keniyanın və Laosun Azərbaycana yeni təyin olunmuş səfirlərini qəbul edib.Keniya səfiri Cona Mayna Mvanqi ilə görüşdə iki ölkə arasında siyasi, iqtisadi və ticari əlaqələrin inkişafı müzakirə olunub. Prezident əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.Laos səfiri Siphandon Oybuabuddi ilə görüşdə isə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-keniya-v%C9%99-laosun-yeni-s%C9%99firl%C9%99rini-q%C9%99bul-edib

