İlham Əliyev: Orta Dəhliz Vyetnam şirkətlərinin region bazarlarına çıxışı üçün əlverişli imkanlar yaradır

Prezident İlham Əliyev Vyetnamın Baş naziri Le Minh Hunqla görüşüb.Görüşdə dövlət başçısı Orta Dəhlizin Vyetnam şirkətlərinin region bazarlarına çıxışı üçün əlverişli imkanlar yaratdığını bildirib. Tərəflər müdafiə sənayesi, tikinti və turizm sahələrində əməkdaşlığı, həmçinin iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsini müzakirə ediblər. Azərbaycan bazarının Vyetnam biznes nümayəndələri üçün cəlbediciliyi də qeyd olunub.Görüşdə Vyetnamın yaxın zamanda Azərbaycanda səfirlik açacağı bildirilib. Prezident İlham Əliyev bu qərarı yüksək qiymətləndirib və diplomatik nümayəndəliklərin fəaliyyətinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.Vyetnamın Baş naziri isə Azərbaycanın regionda mühüm mövqeyə malik olduğunu qeyd edib. Azərbaycanın dəstəyi ilə Vyetnamın region ölkələri ilə əməkdaşlığının inkişafı ətrafında da fikir mübadiləsi aparılıb.

url: 
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-orta-d%C9%99hliz-vyetnam-%C5%9Firk%C9%99tl%C9%99rinin-region-bazarlar%C4%B1na-%C3%A7%C4%B1x%C4%B1%C5%9F%C4%B1-%C3%BC%C3%A7%C3%BCn-%C9%99lveri%C5%9Fli
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik