İlham Əliyev: Qazaxıstan və Azərbaycan bütün istiqamətlərdə aktiv fəaliyyət göstərir
Qazaxıstan və Azərbaycan bütün istiqamətlərdə aktiv fəaliyyət göstərir. Bu sözləri isə Prezident İlham Əliyev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimində deyib. "Bu gün müzakirə edilən planlar ölkələrimizin dəmir yollarının boş qalmaması, belə konteyner qatarlarının isə gündəlik həyatımızın bir parçası olmasına imkan verir. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə nə qədər çox yük daşınarsa, əməkdaşlığımız o qədər inkişaf edəcək, Qazaxıstanla Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlar"-deyə Azərbaycan lideri qeyd edib.
url:
http://www.kepezfm.az/xeberler/ilham-%C9%99liyev-qazax%C4%B1stan-v%C9%99-az%C9%99rbaycan-b%C3%BCt%C3%BCn-istiqam%C9%99tl%C9%99rd%C9%99-aktiv-f%C9%99aliyy%C9%99t-g%C3%B6st%C9%99rir