İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib
Prezident İlham Əliyev Slovakiya Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan–Slovakiya əlaqələrinin inkişafı, parlamentlərarası əməkdaşlıq, iqtisadiyyat, enerji, müdafiə sənayesi və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub. Qarabağda aparılan bərpa-quruculuq işləri və Bakı–Bratislava birbaşa aviareyslərinin açılması məsələsi də diqqətə çatdırılıb. Rixard Raşi bu gün Qarabağa səfər edəcək.Səfər çərçivəsində qonaq azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.R.Raşi 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada da olduğunu söyləyib.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-slovakiya-milli-%C5%9Furas%C4%B1n%C4%B1n-s%C9%99drini-q%C9%99bul-edib

