İlham Əliyev Türkiyənin xarici işlər nazirini və beynəlxalq konfrans iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.Enerji və logistika sahələrində əməkdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsi məsələləri müzakirə olunub.Dövlət başçısı Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-t%C3%BCrkiy%C9%99nin-xarici-i%C5%9Fl%C9%99r-nazirini-v%C9%99-beyn%C9%99lxalq-konfrans-i%C5%9Ftirak%C3%A7%C4%B1lar%C4%B1n%C4%B1-q%C9%99bul

