İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyə ilə quru nəqliyyat bağlantısını genişləndirəcək

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib.Dövlət başçısı qeyd edib ki, iki ölkənin birgə həyata keçirdiyi iri layihələr Cənubi Qafqazın və bütövlükdə Avrasiyanın nəqliyyat, enerji və bağlantı xəritəsini yenidən formalaşdırıb.Prezident İğdırın Naxçıvanla birbaşa qonşuluğunun və bölgələr arasında tarixən mövcud olan əlaqələrin Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Zəngəzur dəhlizinin Naxçıvanla maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə quru nəqliyyat bağlantısını genişləndirəcəyini və Orta Dəhlizin imkanlarını artıracağını bildirib.Qeyd edək ki, Prezident bu fikirləri İğdır Universitetinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə səsləndirib.

url: 
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-z%C9%99ng%C9%99zur-d%C9%99hlizi-t%C3%BCrkiy%C9%99-il%C9%99-quru-n%C9%99qliyyat-ba%C4%9Flant%C4%B1s%C4%B1n%C4%B1-geni%C5%9Fl%C9%99ndir%C9%99c%C9%99k
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik