Tbilisidə İlham Əliyevin Mixeil Kavelaşvili ilə təkbətək görüşü keçirilib.Görüş zamanı Azərbaycan–Gürcüstan münasibətlərinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb. Əməkdaşlığın siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat və sərmayələr sahələrində uğurla inkişaf etdiyi qeyd edilib.Tərəflər müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində mühüm rol oynadığını bildiriblər. Həmçinin, iki ölkənin birgə həyata keçirdiyi nəqliyyat və enerji layihələrinin strateji və iqtisadi əhəmiyyəti xüsusi vurğulanıb.Görüşdə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təminində Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin rolu qeyd olunub.Prezidentlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, gələcək perspektivlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də təkbətək görüşü keçirilib.

