Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana ilk rəsmi səfərinin ikitərəfli əlaqələrin güclənməsinə və iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini söyləyib.Dövlət başçısı Laos Prezidenti ilə geniş tərkibdə görüşdə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, lakin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu deyib.İlham Əliyev Azərbaycan tərəfinin Laosda praktiki investisiya layihələrini nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Prezident, həmçinin Laos liderinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakı sammitində iştirakının əhəmiyyətini qeyd edərək, görüşün Asiyada təhlükəsizlik və əməkdaşlığın güclənməsinə töhfə verəcəyini vurğulayıb.

