İlin sonunadək Cəbrayılın Horovlu kəndinə 1395 nəfər qayıdacaq
Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur. Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva bildirib ki, hazırda kənddə 5 kəhriz bərpa olunur, 2 kəhriz tam bərpa olunub, 3-nün bərpası üzrə işlər yaxın aylarda tamamlanacaq. Vurğulayıb ki, 2024-cü ilin sonunadək bu kənddə əhalinin sayı təxminən 1395 nəfər təşkil edəcək.
url:
http://www.kepezfm.az/xeberler/ilin-sonunad%C9%99k-c%C9%99bray%C4%B1l%C4%B1n-horovlu-k%C9%99ndin%C9%99-1395-n%C9%99f%C9%99r-qay%C4%B1dacaq