İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək
İranın vitse-prezidenti İsmayıl Səqab İsfahani bildirib ki, ABŞ İranın neft obyektlərinə zərbə endirərsə, cavab tədbirləri görüləcək.Belə halda Yaxın Şərq ölkələrində yerləşən və hücumlar üçün istifadə olunan neft obyektləri hədəfə alınacaq.İsfahani qeyd edib ki, İranın strategiyası “gözə göz” prinsipi əsasında qurulub.Danışıqlar prosesi davam edir və İran tərəfi ABŞ üzərində təzyiqi saxlayır.Ölkə daxilində enerji təminatı ilə bağlı narahatlığa əsas yoxdur.
url:
http://kepezfm.az/xeberler/iran%C4%B1n-vitse-prezidenti-neft-quyular%C4%B1m%C4%B1z-vurularsa-cavab-z%C9%99rb%C9%99l%C9%99ri-endiril%C9%99c%C9%99k

