İran-ABŞ gərginliyi davam edir

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Vaşinqtona etimadın olmadığını bildirərək danışıqları mübarizənin bir hissəsi kimi qiymətləndirib. SEPAH isə Hörmüz boğazından Qırmızı dənizədək yeni təhlükəsizlik kəməri planını açıqlayıb. İranda hava məkanında uçuş məhdudiyyətləri aradan qaldırılıb və aviasiya fəaliyyəti tədricən normallaşır. İsrail Baş naziri Benyamin Netanyahu İran və “Hizbullah”dan gələcək təhdidlərə sərt cavab veriləcəyini bəyan etdiyi halda ABŞ Prezidenti Donald Tramp Netanyahuya ehtiyatlı davranmaq çağırışı edib və İranla atəşkəs razılaşmasının qorunmasının vacibliyini vurğulayıb. ABŞ vitse-prezidenti Cey Di Vens isə Vaşinqtonun Tehranla nüvə proqramı üzrə uzunmüddətli razılaşma əldə etmək niyyətində olduğunu açıqlayıb.

url: 
http://kepezfm.az/xeberler/iran-ab%C5%9F-g%C9%99rginliyi-davam-edir
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik