İran BMT-də ABŞ-ni siyasi təzyiqdə ittiham edib
İran BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnaməni dəstəkləyən bəzi ölkələrin siyasi təzyiq altında qərar verdiyini bildirib.ABŞ Senatı isə administrasiyanın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni yenidən rədd edib. ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla danışıqlarda müəyyən irəliləyiş olduğunu açıqlayıb və Vaşinqtonun həm diplomatik, həm də hərbi variantları gündəmdə saxladığını deyib.Bu arada ABŞ prezidenti Donald Trampın Çində Si Cinpinlə görüşü başlayıb. 15 maya qədər davam edəcək görüşdə ticarət, qlobal təhlükəsizlik və Tayvan məsələsinin müzakirəsi gözlənilir.
url:
http://kepezfm.az/xeberler/iran-bmt-d%C9%99-ab%C5%9F-ni-siyasi-t%C9%99zyiqd%C9%99-ittiham-edib

