İran Hörmüz boğazından keçid haqqını ləğv edəcək
İran anlaşma memorandumunun imzalanmasından sonra ABŞ ilə 60 günlük danışıqlar müddətinə Hörmüz boğazından keçid haqqını ləğv edəcək.Bu barədə "Xinhua" agentliyi xəbər verir.İran çarəsiz vəziyyətdədir və Vaşinqtondan heç bir maliyyə yardımı almayacaq.Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb."Biz çarəsiz olduğumuz üçün görüşmədik - çarəsiz olan İran idi. Onların sonu çatıb. Biz bu 60 günü sona çatdıracağıq. Onlar heç bir pul, on sent belə almayacaqlar".Tramp bildirib ki, müharibə İranı zəiflədib; nə Hərbi Hava Qüvvələri, nə Hərbi Dəniz Qüvvələri, nə də Hava Hücumundan Müdafiə sistemləri və radarları var.
url:
http://kepezfm.az/xeberler/iran-h%C3%B6rm%C3%BCz-bo%C4%9Faz%C4%B1ndan-ke%C3%A7id-haqq%C4%B1n%C4%B1-l%C9%99%C4%9Fv-ed%C9%99c%C9%99k

