İran ordusu: ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçid haqqı olmayacaq
İran tərəfi ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinə icazə verilməyəcəyini açıqlayıb. Bu barədə Xatəmül-Ənbiya Mərkəzi Qərargahı məlumat verib.Bəyanatda bildirilir ki, digər gəmilər İran Silahlı Qüvvələrinin müəyyən etdiyi qaydalara uyğun olaraq Hörmüz boğazından keçə biləcək.Eyni zamanda qeyd olunur ki, müharibədən sonra da boğaz üzərində daimi nəzarət mexanizmi tətbiq edilə bilər və təhlükəsizliyin təhdidi halında Fars körfəzi və Oman dənizində digər limanların da təhlükəsizliyi riskə düşə bilər.
url:
http://kepezfm.az/xeberler/iran-ordusu-ab%C5%9F-v%C9%99-israil-g%C9%99mil%C9%99rinin-h%C3%B6rm%C3%BCz-bo%C4%9Faz%C4%B1ndan-ke%C3%A7id-haqq%C4%B1-olmayacaq

