İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib
İran parlamentinin vitse-spikeri Əli Nikzad ABŞ-ın İranla danışıqlar apardığı barədə iddiaları təkzib edib və Ali Rəhbərin bu danışıqlara icazə vermədiyini bildirib. Bu barədə İranın "Fararu" agentliyi məlumat yayıb. Onun sözlərinə görə, parlamentin spikeri Qalibafın ABŞ-la danışıqlar aparması iddiası da əsassızdır. Nikzad vurğulayıb ki, müharibə, sülh və danışıqlar məsələsi ölkənin Ali Rəhbərinin səlahiyyətindədir və danışıqlara icazə verilməyib. Nikzad Hörmuz boğazının da heç vaxt açılmayacağını bəyan edib. O əlavə edib ki, bu mövzu ilə bağlı heç bir danışıq aparılmayıb və aparılmayacaq.
url:
http://kepezfm.az/xeberler/iran-parlamentinin-vitse-spikeri-ali-r%C9%99hb%C9%99r-ab%C5%9F-la-dan%C4%B1%C5%9F%C4%B1qlara-icaz%C9%99-verm%C9%99yib

