İrandan Azərbaycana 12 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Elxan Abuşov saxlanılıb. Əraziyə baxış zamanı ümumi çəkisi 11 kiloqram 700 qram marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
url:
http://www.kepezfm.az/xeberler/irandan-az%C9%99rbaycana-12-kiloqrama-yax%C4%B1n-narkotik-ke%C3%A7irilm%C9%99sinin-qar%C5%9F%C4%B1s%C4%B1-al%C4%B1n%C4%B1b