İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb
“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram müxtəlif adda narkotik vasitə götürülüb. Gəncə sakini Mövsüm İsgəndərovu isə Zaqatalada 2 kiloqrama yaxın marixuana, 20 ədəd metadon həbi, 34 qram tiryək, 22 qram metamfetamin və heroinlə saxlanılıb. İsgəndərovun həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu iranlı narkotacirdən onlayn yolla aldığı və həmin şəxsin göstərişi ilə Gəncəyə apararaq orada satmaq istədiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb.
url:
http://www.kepezfm.az/xeberler/irandan-az%C9%99rbaycana-narkotik-ke%C3%A7irilm%C9%99sinin-qar%C5%9F%C4%B1s%C4%B1-al%C4%B1n%C4%B1b-3