İrandan Azərbaycana 64 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində oktyabrın 24-də ümumi çəkisi 15 kiloqram 705 qram olan narkotik vasitə — 12 kq 460 qram marixuana və 3 kq 245 qram tiryək, oktyabrın 26-da isə ümumi çəkisi 49 kiloqram 60 qram narkotik vasitə — 46 kq 45 qram marixuana, 3 kq 15 qram heroin və 550 ədəd metadon M-40 həbi aşkar edilərək götürülüb. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/irandan-az%C9%99rbaycana-64-kiloqram-narkotik-ke%C3%A7irilm%C9%99sinin-qar%C5%9F%C4%B1s%C4%B1-al%C4%B1n%C4%B1b

