İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd ərazisində narkotik vasitələrin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kq 848 qram marixuana, 0.006 mq tiryək aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/irandan-az%C9%99rbaycana-narkotik-ke%C3%A7irilm%C9%99sinin-qar%C5%9F%C4%B1s%C4%B1-al%C4%B1n%C4%B1b-11

