İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 18 kiloqram 710 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu Cəlilabad rayonunun Gövüzbulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində mümkün olub. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/irandan-az%C9%99rbaycana-narkotikin-ke%C3%A7irilm%C9%99sinin-qar%C5%9F%C4%B1s%C4%B1-al%C4%B1n%C4%B1b