İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyatla külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.Axtarışla sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/irandan-az%C9%99rbaycana-pua-il%C9%99-narkotik-ke%C3%A7irilm%C9%99sinin-qar%C5%9F%C4%B1s%C4%B1-al%C4%B1n%C4%B1b-0

