İrandan Azərbaycana uçuş aparatı vasitəsilə narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin "Göytəpə" ərazisində İrandan uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb. Ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb. Faktla bağlı əməliyyat davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/irandan-az%C9%99rbaycana-u%C3%A7u%C5%9F-aparat%C4%B1-vasit%C9%99sil%C9%99-narkotik-ke%C3%A7irilm%C9%99sinin-qar%C5%9F%C4%B1s%C4%B1-al%C4%B1n%C4%B1b

