İranlı narkotacirlərin ölkəmizdəki daha bir narkokuryeri saxlanılıb
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Abşeron sakini İlqar Kərimli saxlanılıb. Ondan 2 kiloqram 355 qram çəkidə heroin götürülüb. Saxlanılan şəxs narkotiki sosial şəbəkələrdə tanış olduğu “Həsən” adlı İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib. Araşdırmalar davam etdirilir.
url:
http://www.kepezfm.az/xeberler/iranl%C4%B1-narkotacirl%C9%99rin-%C3%B6lk%C9%99mizd%C9%99ki-daha-bir-narkokuryeri-saxlan%C4%B1l%C4%B1b