İsrailin Beyruta zərbəsi nəticəsində dörd İran diplomatı həlak olub
İranın BMT-dəki Daimi Nümayəndəliyinin məlumatına görə, İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində İranın dörd diplomatı həlak olub. Missiyanın məlumatına görə, hadisə martın 8-i səhər saatlarında diplomatların müvəqqəti qaldığı hoteldə baş verib.İran tərəfi vurğulayıb ki, diplomatlar Livan ərazisində öz dövlətlərinin rəsmi nümayəndələri kimi xidmətdə olublar.
url:
http://kepezfm.az/xeberler/israilin-beyruta-z%C9%99rb%C9%99si-n%C9%99tic%C9%99sind%C9%99-d%C3%B6rd-iran-diplomat%C4%B1-h%C9%99lak-olub

