İyulun 2-si Azərbaycan Polisi Günüdür
Bu gün Azərbaycan polisi yaranmasının 108-ci ildönümünü qeyd edir. 1918-ci ildə yaradılan Azərbaycan polisi ötən dövr ərzində ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri zamanı polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər. Bu gün Azərbaycan polisi ənənəvi cinayətlərlə yanaşı, kibercinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni də uğurla davam etdirir.
url:
http://kepezfm.az/xeberler/iyulun-2-si-az%C9%99rbaycan-polisi-g%C3%BCn%C3%BCd%C3%BCr

