Jozep Borrell kimilərinin sayəsində Aİ-nin Azərbaycanda nüfuzu aşağı düşüb- QAİ
Avropa İttifaqının ali nümayəndəsi Jozep Borel guya “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib” Qərbi Azərbaycan İcması ali nümayəndənin yenidən yalan danışması, Azərbaycana böhtan atması ilə bağlı dərin hiddətini ifadə edir və bu açıqlamasını qətiyyətlə rədd edir. İcmadan vurğulanıb ki, Borel və onun kimilərinin sayəsində Avropa İttifaqının Azərbaycan cəmiyyətində nüfuzu aşağı düşüb. "Yaranmış vəziyyətdə, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi ola biləcəyi mümkünsüzdür"-deyə vurğulanıb.
url:
http://www.kepezfm.az/xeberler/jozep-borrell-kimil%C9%99rinin-say%C9%99sind%C9%99-ai-nin-az%C9%99rbaycanda-n%C3%BCfuzu-a%C5%9Fa%C4%9F%C4%B1-d%C3%BC%C5%9F%C3%BCb-qai