Küçə ticarəti ilə bağlı yerli icra hakimiyyəti orqanlarına tapşırıq verildi
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında imzalanan yeni sazişə əsasən, küçə və bazar ticarəti ilə məşğul olan şəxslər üçün daha yaxşı iş şəraiti yaradılacaq. Sənədə görə, yerli icra hakimiyyətləri və bələdiyyələr bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi və fəaliyyətləri üçün uyğun şəraitin təmin olunması istiqamətində iş aparacaqlar.
url:
http://kepezfm.az/xeberler/k%C3%BC%C3%A7%C9%99-ticar%C9%99ti-il%C9%99-ba%C4%9Fl%C4%B1-yerli-icra-hakimiyy%C9%99ti-orqanlar%C4%B1na-tap%C5%9F%C4%B1r%C4%B1q-verildi

