Külək əsəcək, yağış, qar yağacaq, temperatur 5-10 dərəcə enəcək
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 15-dən ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, hava şəraitinin fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə qısamüddətli sulu qar və qara keçəcəyi ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.
url:
http://www.kepezfm.az/xeberler/k%C3%BCl%C9%99k-%C9%99s%C9%99c%C9%99k-ya%C4%9F%C4%B1%C5%9F-qar-ya%C4%9Facaq-temperatur-5-10-d%C9%99r%C9%99c%C9%99-en%C9%99c%C9%99k