Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyunun 17-19-da fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti həmçinin küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Naftalanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
url:
http://kepezfm.az/xeberler/k%C3%BCl%C9%99kli-hava-%C5%9F%C9%99raiti-il%C9%99-ba%C4%9Fl%C4%B1-sar%C4%B1-x%C9%99b%C9%99rdarl%C4%B1q-verilib-2

