Külli miqdarda pirotexniki vasitələri satan şəxs saxlanılıb
Gürcüstandan 300 min manatdan çox dəyəri olan pirotexniki vasitəni Azərbaycana gətirərək satan İlham Zakiroğlu saxlanılıb. O, həmin vasitələri qaçaqmalçılıq yolu ilə hissə-hissə ölkəyə keçirəndən sonra Gəncə şəhərinə gətirərək respublikanın müxtəlif rayonlarına və mağazalara topdansatışını təşkil edib. Faktla bağlı cinayət işi başlanılıb.
url:
http://www.kepezfm.az/xeberler/k%C3%BClli-miqdarda-pirotexniki-vasit%C9%99l%C9%99ri-satan%C2%A0%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b