Kəngərli kəndində tikinti işləri davam edir
Ağdamın Kəngərli kəndində tikinti işləri sürətlə davam etdirilir. Birinci mərhələdə 1 279 nəfərin köçürülməsi üçün kənddə 290 fərdi ev inşa olunacaq. İşlərin 2024-cü ilin sonunadək yekunlaşması planlaşdırılır. Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov bildirib ki, Kəngərli kəndinin öz sakinlərini 2025-ci ilin əvvəllərində qəbul edəcəyi nəzərdə tutulur.
url:
http://www.kepezfm.az/xeberler/k%C9%99ng%C9%99rli-k%C9%99ndind%C9%99-tikinti-i%C5%9Fl%C9%99ri-davam-edir