"Kəpəz" azarkeşlərinə görə cərimələnib
Premyer Liqanın V turunun "Kəpəz" – "Qəbələ" matçında azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsinə görə "Kəpəz" komandası 5 000 manat cərimələnib.Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.Buna meydan sahiblərinin azarkeşləri tərəfindən qayda pozuntusuna yol verilməsi və bu halın cari mövsümdə ikinci dəfə təkrarlanması səbəb olub.
url:
http://kepezfm.az/xeberler/k%C9%99p%C9%99z-azarke%C5%9Fl%C9%99rin%C9%99-g%C3%B6r%C9%99-c%C9%99rim%C9%99l%C9%99nib

