Kəpəz FM-ə daxil olan müraciət həll edildi
Gəncənin Məhsəti Gəncəvi qəsəbəsində küçə işıqları ilə bağlı Kəpəz FM-in qaynar xəttinə daxil olan şikayət həllini tapıb. Xəbər verdiyimiz kimi sakinlər küçə işıqlarının uzun müddət işləmədiyini bildirərək Kəpəz FM-ə müraciət etmişdilər. Məsələ ilə bağlı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Küçə İşıqlandırması şöbəsi məlumat verib ki, ərazidə işıqların fəaliyyətinə mane olan saat relesi nasaz olub. Nasazlıq aradan qaldırılıb və küçə işıqlarının fəaliyyəti bərpa edilib.
url:
http://kepezfm.az/xeberler/k%C9%99p%C9%99z-fm-%C9%99-daxil-olan-m%C3%BCraci%C9%99t-h%C9%99ll-edildi

