"Kəpəz" futbolçulara 10 günlük istirahət verib
"Kəpəz" komandası qış fasiləsinə yollanıb. Futbolçulara 10 günlük istirahət verilib. Komanda çempionatın ikinci hissəsinə hazırlıq üçün yanvarın 4-də Gəncədə toplaşacaq. "Kəpəz" 18 turdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.
url:
http://www.kepezfm.az/xeberler/k%C9%99p%C9%99z-futbol%C3%A7ulara-10-g%C3%BCnl%C3%BCk-istirah%C9%99t-verib