"Kəpəz"in azarkeşini oyundan sonra bıçaqladılar
Azərbaycan Premyer Liqasının XX turunda keçirilmiş "Səbail" - "Kəpəz" oyunundan sonra azarkeş bıçaqlanıb. Hadisə final fitindən sonra matçın oynanıldığı "ASCO Arena"nın yaxınlığında baş verib. Əvvəlcə iki komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman, "Səbail"in tərəfdarlarından biri bıçaqla "Kəpəz" fanatına xəsarət yetirib. Qarın boşluğundan xəsarət alan azarkeş, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti kafidir.
url:
http://kepezfm.az/xeberler/k%C9%99p%C9%99zin-azarke%C5%9Fini-oyundan-sonra-b%C4%B1%C3%A7aqlad%C4%B1lar