"Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlanıb
Astara gömrük postunda İrandan Rusiyaya "kahı" və "kərəviz" yükü aparan yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb və gömrük nəzarətindən gizlədilən 230 ədəd "kərəviz" formalı qablaşdırmada xalis təmiz çəkisi 79 kq 740 qram narkotik vasitə - marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/kah%C4%B1-v%C9%99-k%C9%99r%C9%99viz-y%C3%BCk%C3%BCnd%C9%99-79-kq-narkotik-vasit%C9%99-a%C5%9Fkarlan%C4%B1b

