"Kahı" yükündə narkotik aşkarlanıb
Astara gömrük postunda İrandan Rusiyaya “kahı” yükü aparan yük maşınında 22 kiloqram 565 qram marixuana aşkarlanıb. Xidməti itin köməyi ilə kahı bağlamalarının arasından 191 ədəd bağlamada gizlədilən narkotik vasitə dövriyyədən çıxarılıb.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/kah%C4%B1-y%C3%BCk%C3%BCnd%C9%99-narkotik-a%C5%9Fkarlan%C4%B1b

